Türkiyə rəsmiləri yolkənarı bomba partlayışı nəticəsində üç əsgərin həlak olduğunu və ikisinin yaralandığını xəbər verirlər. İnsident kürd qiyamçıların son zamanlar aktivləşdiyi cənub-şərq regionunda baş verib.
Rəsmilər deyirlər ki, partlayış bazar günü səhər, Türkiyə hərbçiləri Hakkari vilayətindən keçərkən baş verib. İyul ayından bəri bu regionda PKK militantları 40-dan çox türk əsgəri öldürüblər.
Anadolu xəbər agentliyi bildirir ki, Hakkarinin başqa guşəsində əsgərlər yolkənarı bomba basdırarkən iki PKK militantını öldürüb.
Türkiyə hərbi qüvvələri PKK-nın hücunlarına cavab olaraq bu günlərdə İraqın şimalında PKK hədəflərinə hava zərbələri endirib.