Jurnalist saxlanma şəraitindən narazıdır
Sentyabrın 30-da Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təcridxanasında saxlanılan “Bizim yol” qəzetinin əməkdaşı, moderator.az saytının rəhbəri, Azərbaycan Xaılq Cəbhəsi Partiyasının Məclis üzvü, Vətəndaşların Siyasi və Mülki Hüquqlarının Müdafiəsi Mərkəzinin rəhbəri Pərviz Həşimlinin vəkili Anar Qasımlı onunla görüşüb.
Vəkil Amerikanın Səsinə müsahibəsində bildirib ki, jurnalistin səhhəti normaldır, yalnız saxlanma şəraiti ilə bağlı şikayəti var.
“Jurnalistin saxlandığı kamerada işıqlar sutka ərzində söndürülmür, ona “Bizim yol”, “Azadlıq” və “Yeni Musavat” qəzetləri verilmir. Pərviz Həşimli ailə üzvləri ilə görüşməsini tələb edir.Eyni zamanda MTN-nin təcridxanasından Bakı İstintaq təcridxanasına köçürülməsini istəyir”, o qeyd edib.
İstintaq hərəkətləri ilə bağlı vəkil deyib ki, jurnalist tutulandan indiyədək hər hansı istintaq hərəkətləri və dindirmə aparılmayıb.
Bununla belə Həşimli ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir və özünü təqsirli saymır.
“Hesab edir ki, bu jurnalist və hüquq müdafiəçisi kimi ona qarşı hazırlanan xüsusi əməliyyatdır”.
AXCP sədri Əli Kərimli əleyhinə ondan ifadə alınması ilə bağlı yayılan məlumatlara gəldikdə isə vəkil, P.Həşimlinin belə bir halın olmadığını dediyini bildirib.
“Lakin əməliyyatçılar ilkin tutulma zamanı ona bu silahları Əli Kərimli üçün aparırsan?, kimi atmacalı sual veriblər”, Qasımlı bildirib.
Eyni zamanda vəkil P.Həşimovun saxlanılan zaman ona qarşı fiziki zorakılıq olduğunu bildirib.
“Tutularkən dizi yerə dəyib, yaralanıb”.
Anar Qasımlı jurnalistin istintaqının çox ciddi nəzarət və təhdid altında aparıldığını deyib.
“İstintaq sirrinin yayılmaması ilə bağlı tərəflərdən iltizam alınıb. Bu səbəbdən də bu işin istintaqı ilə bağlı heç bir söz deyə bilməyəcəm. Vəkillər təcridxanaya daxil olarkən və oranı tərk edərkən ciddi yoxlanılır”, o əlavə edib.
Vəkil həmçinin Pərviz Həşimli prezidentliyə namizədlərin bir neçəsinə müraciət etdiyini də diqqətə çatdırıb.
“Namizədlərin bir neçəsi istisna olmaqla digərləri il\ə jurnalist-siyasətçi münasibətlərim olub. Onlar da bu işin qurama olduğunu bildir. İstəyirənm ki, debatlarda mənim işimin qurama olmasəı ilə bağlı ictimaiyyətə məlumat versinlər”, vəkil Həşimliyə istinadən bildirib.
Pərviz Həşimli sentyabrın 17-də 206.3.2 (əvvəlcədən əlbir olmuş şəxslər tərəfindən qaçaqmalçılıq) və 228.2.1 (qanunsuz silah və döyüş sursatı saxlama, əldə etmə və satma) maddələri ilə ittiham olunaraq, həbs edilib. O İrandan silah qaçaqmalçılığında günahladırlır.
Jurnaılist ittihamı qəbul etmir və həbsinin fəaliyyəti ilə bağlı olduğubu bildirib.
MTN isə Pərviz Həşimlinin həbsinin onun jurnalist fəaliyyəti ilə bağlı olmadığını bildirib.
Öz növbəsində MTN-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev Amerikanın Səsinə bildirib ki, vəkilin vəsatəti varsa, qanunvericiliklə nəzərdə tutulmişluş qaydada müraciət etsin.
Your browser doesn’t support HTML5