Azərbaycan Respublikasının qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların (məcburi) ailə qurması və birgə yaşamasıdır. UNİSEF-in açıqlamasına əsasən, Azərbaycanda hər il təxminən 15 yaşına çatmayan 5,000-ə qədər qız nikaha daxil olur.
Pərvin Bəhramoğlunun sözlərinə görə, insanlar arasında belə bir düşüncə var ki, erkən nikahlar daha çox cənub rayonlarına xas bir xüsusiyyətdir. Amma araşdırmalar göstərir ki, Azərbaycanın digər regionlarında, xüsusilə də şimal və qərb rayonlarında da problem geniş yayılıb.
Erkən nikahlarla yanaşı qızların təhsildən yayındırılması probleminə diqqət çəkən Pərvin Bəhramoğlu onu da əlavə edir ki, bu cür məktəbdən yayınma halları nəticəsində normal təhsil ala bilməyən qızlar gələcəkdə ana olduqları zaman öz övladlarının təhsilinə yardımçı ola bilmirlər.