Pakistan rəsmiləri bildirib ki, polis zabitinin avtomobilini hədəf alan intiharçı hücumu zabitin və onun sürücüsünün ölümünə səbəb olub. Rəsmilər avtomobilin bu gün Risalpur şəhərindən keçən anda partladıldığını bildirib. Polis Aktar Şah adlı öldürülən zabitin əvvəllər yaraqlıları həbs etdiyini bildirib. Rəsmilərin sözlərinə görə partlayış zamanı əlavə dörd adam yaralanıb.