Pakistanda raket hücumu nəticəsində 24 nəfər həlak olub

Pakistanda raket hücumu nəticəsində 24 nəfər həlak olub

Fransa xəbər agentliyi Pakistan rəsmilərinə istinadən bildirir ki, yaraqlı qrupa aid bir sığınacaq vurulub

Pakistanın Xeybər regionunda ABŞ-a məxsus olduğu ehtimal edilən raket hücumu azı 24 nəfərin həlak olmasına səbəb olub. Bu regionda bu kimi hücumlar nadir hallarda baş verir. Pakistan rəsmilərinin sözlərinə görə, Amerika raketləri dünən Tirah vadisində üç yerə düşüb. Ərazi Pakistan Talibanı ilə müttəfiq olan yerli Laşkeri- İslam yaraqlı qruplaşmasının sığınacağıdır. Fransa xəbər agentliyi Pakistan rəsmilərinə istinadən bildirir ki, qrupa aid bir sığınacaq vurulub.