Pakistanın Kəraçi şəhərində bir neçə gündür etnik zəmində davam edən zorakılıqların 85 nəfərin ölümü ilə nəticələnməsindən sonra təhlükəsizlik qüvvələrinə atəş açmalarına göstəriş verildiyi bildirilib. Bu gün bölgəyə minə qədər əlavə hərbi və yarı-hərbi qüvvə göndərildiyi deyilir.
Daxili işlər naziri Rəhman Malik müxbirlərə deyib ki, bazr ertəsindən bəri başlayan zorakılıqda əli olmaqda şübhəli bilinən onlarla insan həbs edilib. Dünən silahlı şəxslər avtobusları atəşə tutmuş və nəticədə 34 nəfər ölmüşdür.
Polis ölüm hadisələrinin Muttəhidə Qaumi Hərəkatı və Milli Avami Partiyası da daxil edilməklə, Sind vilayətindəki siyasi qruplar arasında baş verən qarşıdurma zamanı baş verdiyini deyir.
.