Pakistanda ABŞ-ın pilotsuz təyyarəsi Həqqani şəbəkəsini istinadgahını hədəf alıb

  • Amerikanın səsi

Pakistanda ABŞ-ın pilotsuz təyyarəsi Həqqani şəbəkəsini istinadgahını hədəf alıb

Pakistan kəşfiyyat rəsmiləri ABŞ pilotsuz təyyarəsinin ehtimal edilən hücumunun əfqan sərhədi yaxınlığında yerləşən Şimali Vəziristanın qəbilə ərazisində azı iki yaraqlını öldürdüyünü bildirib. Raket bu gün Miranşah şəhəri yaxınlığında Taliban və Əl-Qaidə ilə əlaqədar Həqqani şəbəkəsinin istinadgahı olan evi hədəf aldıb. ABŞ rəsmiləri heç vaxt ictimai şəkildə Pakistanın qəbilə ərazilərində Taliban və Əl-Qaidə yaraqlılarına qarşı pilotsuz təyyarələrdən atəş açdıqlarını etiraf etmir.