Kəraçidə zorakılıqlar nəticəsində 14 nəfər həlak olub

  • Amerikanın səsi

Kəraçidə zorakılıqlar nəticəsində 14 nəfər həlak olub

Pakistanın cənubunda Kəraçi şəhərində zorakılıqlar nəticəsində 14 nəfər həlak olub. Polisin verdiyi məlumata görə, zorakılıq hadisəsi iqtidarda olan Pakistan Xalq Partiyasının yüksək səviyyəli nümaynədəsiin rəqib Müttəhidə Quami Hərəkatı və onun liderini tənqid etməsindən sonra baş verib. Rəsmilər hadisə ilə bağlı təxminən 160 nəfərin həbs edildiyini bildirib. Şəhərdə siyasi və etnik zəmində zorakılıq nəticəsində keçən həftə 100 adamın həlak olduğu bildirilir. Bu arada, rəsmilər ölkənin cənub-qərbində Əfqanıstanla sərhəddə yerləşən Çaman şəhərində əfqan qaçqınların yaşadığı evdə baş vermiş partlayış nəticəsində 4 nəfərin öldüyü, 10 nəfərin isə yaralandığını bildirib.