Norveç polisi bu gün paytaxt Oslodakı mərkəzi dəmiryol stansiyasında avtobusda şübhəli çemodan aşkar edib. Lakin Oslo heç bir təhlükə olmadığını deyir. Rəsmilərin bildirdiyinə görə, çamadan aeroporta gedən avtobusların dayanacağında aşkar edildikdən sonra stansiyada evakuasiya işləri aparılıb.
Norveç keçən həftə 76 nəfərin ölümü ilə nəticələnən hücumlardan sonra təhlükəsizlik tədbirlərini gücləndirib. Dünən isə polis keçən həftə həyata keçirilən hücumlar zamanı ölənlərin bəzilərin adlarını açıqlayıb. Hücumları həyata keçirdiyini etiraf edən norveçli Anders Behrinq Breivikin vəkili təmsil etdiyi müttəhimin əqli xəstə olduğunu deyib.
.