Accessibility links

Norveçdə şübhəli bu yaxınlarda 6 ton gübrə satın alıb


Norveçdə şübhəli bu yaxınlarda 6 ton gübrə satın alıb
Norveçdə şübhəli bu yaxınlarda 6 ton gübrə satın alıb

Norveçdə cümə günü dəhşətli bomba hücumu və atışmada şübhəli bilinən şəxsin hadisə yerinə bomba hazırlamaqda istifadə edilən altı ton gübrə gətirdiyi bildirilir. Norveçdə cümə günü baş vermiş hücumlar zamanı 92 insan həlak olub. Paytaxt Osloda hökumət binasında bomba partlayışı zamanı yeddi, sonra isə Leyborist partiyasının təşkil etdiyi yay düşərgəsində silahlı hücum zamanı isə 85 insan həyatını itirmişdir.

Polisin verdiyi məlumata görə, hücumu həyata keçirən şəxs sağçı meylli fundamentalist xristian 32 yaşlı Anders Behrinq Breyvikdir. Polis bildirir ki, o, internetdə müsəlmanlar əleyhinə yazı yerləşdirib. Başqa mənbələrə görə, o, Norveçdə müxtəlif mədəniyyətlərin təmsil olunmasının qəti əleyhdarı olub. Norveç mətbuatı Breivikin Facebook sosial şəbəkəsində hərbi oyunlar oynadığı haqda məlumat verib. Rəsmilər hücumların hansı motivlərlə həyata keçirildiyini müəyyən etməyib.

Norveç polisi cümə günü gənclərin yay düşərgəsində çox sayda insanın ölümü ilə nəticələnmiş hücumda ikinci silahlı şəxsin də iştirak etdiyi ehtimalını araşdırır. Norveçin milli televiziyası NTB-nin verdiyi məlumata görə, hücumun baş verdiyi Utoeya adasında olan şahidlər polisə ikinci şəxsin də hadisədə iştirak etdiyini deyib. Şahidlərin bildirdiyinə görə, polisin saxladığı şəxs polis formasında, lakin ikinci şəxs adi geyimdə olub. Baş naziri Yens Stoltenberq İkinci Dünya müharibəsindən sonra ölkədə baş vermiş ən dəhşətli hücumları böyük faciə adlandırıb.

XS
SM
MD
LG