Oreqon ştatında Yəhudi Arfasının 20 –ci festivalı keçirilir

Oreqon ştatında Yəhudi Arfasının 20 –ci festivalı keçirilir

Yəhudi Arfası adlanan alətin qeyri-adı səsi tuluq zurnasının səsini xatırladır

Yəhudi arfası adlanan nəfəs alətini dünyanın demək olar ki, hər yerində tanıyırlar. Lakin bu alətin yəhudilərlə heç bir əlaqəsi yoxdur. Buna baxmayaraq bu alətin çox sayda pərəstişkarı var. Oreqon ştatının Bay City şəhərində Şimali Amerika Yəhudi Arfasının 20 –ci festivalı keçirilir.

Musiqişünas Dirdre Morqan Yəhudi Afrası Gildiyasında icraedici director vəzifəsində çalışır. Lakin buna baxmayaraq o, Yəhudi Arfasını ilk dəfə görüb. “ Mən bu səsə qulaq asarkən bunun velosipeddən və ya başqa bir alətdən gələn səs olduğunu sandım. Sonradan mən bunun musiqi alətinin səsi olduğunu anladım və əvvəllər bu səsin qədim musiqi fonunda eşitdiyimi xatırladım. Mən bu aləti görməmişdim və internetdə-google vasiyəsi ilə tapdım.” – deyə Dirdre bildirir.

Hal-hazırda isə Morqan Asiya Yəhudi Arfası adlı dissertasiyası üzərində işləyir.

Yəhudi Arfasının özünəməxsus notları var. Onun qeyri-adı səsi tuluq zurnasının səsini xatırladır. Yəhudi arfası adlanan alət çox sadə olduğu üçün dünyanın hər yerində çalınıb.

Dirdre Morqan bu musiqi alətinin dünyada yayılmasına səbəblərdən birinin də onun balaca olması olduğunu və bu alətin tarixinin hələ 15-ci əsrdən də əvvəllərə gedib çıxdığını deyir. “Bu aləti cibə qoymaq olur. Şübhəsiz ki, bu alət İpək Yolu- Çinin şimalı, Rusiya, Monqolustan və Sibirdən belə keçərək Hindistana, oradan da Əfqanıstan və Avropaya gedib çıxıb. Avropadan isə Şimali Amerikaya yayılıb.”

Festivalda bu alətin ifasında müxtəlif musiqi variantları dinləmək olar.