Qərb yarımkürəsində kamançanın səsini çox az adam eşidib. Lakin indi bu alətin səsini Birləşmiş Ştatların mərkəzi qərb ştatı olan Ohayoda eşitmək olar.
Kollec tələbəsi, 21 yaşlı Şayən Pərsai YouTube-un ona musiqiyə qulaq asmağa və insanların çalmalarına tamaşa etməyə imkan verdiyini deyir. Lakin YouTube yalnız videodur, müəllim deyil, sənə heç nə öyrətmir. Şəyan Pərsai deyir ki, gözünü yumub çalmağa başlayanda, musiqinin içərisində itir.
“Bir dəfə mən bu aləti əlimə aldım və barmaqlarım öz-özünə hərəkətə başladı. Bundan sonra məni heç bir qüvvə dayandıra bilməz. Mən dayanmaq istəmirəm.” - deyə, o bildirir.
Parsai kamança çalmağı hamının qədim musiqi alətinin müasir ustası sayılan Keyhan Kalhorun videolarına baxmaqla öyrənib. Lakin bu gün o, bundan əvvəl Kalhora YouTube-da tamaşa edən Parsai indi onunla üz-üzə oturub. Bu yalnız məşq olsa da, Şəyan onun yanında oturub. Şəyan Toledo universitetindəki Fars Tələbələri Assosiasiyası ilə birlikdə Kalhorun şəhərdə verəcəyi konsertin təşkilinə yardım etdi.
Şəyan özünün usta çağırılması üçün hələ çox yol getməli olduğunu və buna nail olmaq üçün dostlarının ona yardım etdiyini deyir.