Missisipi ştatından olan 4 nəfərdən ibarət Gremmi Mükafatına namizədliyi irəli sürülmüş Qospel Musiqi Ansamblı ABŞ Dövlət Departamentinin Ritm Yol Proqramının bir hissəsi olaraq iyunun 14-dən 17-dək Azərbaycanda səfərdədir.
Amerikanın Azərbaycandakı səfirliyinin məlumatına görə, ansambl Bakı, Kürdəmir və Xaçmaz şəhərlərində konsert vərəcək, həmçinin Bakı Musiqi Məktəbi, Bakı Caz Mərkəzi və Xaçmazda yerləşən Amerika Guşəsində öz təcrübələri ilə yerli musiqiçilərlə bölüşəcək.
Qospel musiqisi ənənəvi Amerika caz və blüz musiqilərinə bənzəyən yüksək enerjili, ritmik bir musiqidir. Qospel musiqisi mənşəyini Afrika mənşəli Amerikanlıların kilsələrdə ifa etdikləri dini mahnılardan götürüb. Martin Lüter King kimi Amerikanın insan haqları hərəkatının liderləri insanlar arasında bərabərlik tələblərini bu hərəkatdf əsas rol oynayan qospel musiqisi vasitəsilə səsləndirirdilər. Qospel bu günə kimi bütün Amerikada populyar olaraq qalır.
Melvin Villiyams Qrupu qospel, caz, hip-hop musiqiləri yüksək emosiyaların qatışığı olaraq Birləşmiş Ştatlar və xaricdə kifayət qədər dinlənilir. Bu yaxınlarda Moskvada verdikləri konsertdən sonra qrupun rəhbəri Melvin Villiyams deyib: “Biz bütün dünyada auditoriyası olan qospel və başqa musiqilərə öz bağlılığımızı göstərmək üçün Azərbaycanda nə vaxt ifa edəcəyimizi səbirsizliklə gözləyirik”.
Melvin Villiyams Qrupu aşağıda qeyd olunan yerlərdə konsert verəcək:
16 iyun, 16:00 - Xaçmaz Şəhərinin Böyük Şəxsiyyətlər Parkı (giriş pulsuzdur)
18 iyun, 21:00 - Bakı Caz Mərkəzi (giriş 10 manatdır)
20 iyun, - Kürdəmirdə Gənc Heydərçilər Parkı (giriş pulsuzdur).