Martın 4-də ABŞ-ın Oklahoma ştatının Senatı Xocalı qətliamının 21-ci ildönümü ilə əlaqədar qətnamə qəbil edib. Sənəddə 1992-ci ildə Ermənistan ordusunun Rusiya silahlı qüvvələrinin köməyi ilə Azərbaycanın Xocalı şəhərinə hücum zamanı 600-dən çox insanın həlak olduğu vurğulanır.
Keçən ay ABŞ-ın Nyu Meksiko və Arkanzas ştatlarının qanunvericilik orqanlarında Xocalı qətliamı ilə əlaqədar qətnamə qəbul edilmişdi. Keçən bir neçə il ərzində isə Corciya, Texas və Massçusets ştatları da Xocalı qətliamının tanınması ilə bağlı rəsmi sənədlərin qəbul edilməsinə dair qərar çıxarmışdı.
ABŞ-dakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti nəticəsində ölkənin bir sıra ştatlarının qanunvericilik orqanları və şəhər bələdiyyələri səviyyəsində Xocalı qətliamının tanınması və faciə qurbanlarının xatirəsinin anılması məqsədilə qətnamələr qəbul edilmişdir.