Prezident Obama deyib ki, riyaziyyat və təbiət elmləri tədrisinin keyfiyyətinin yaxşılaşdırılması Birləşmiş Ştatların yeni iş yerləri və sənaye sahələrində rəqabət apara bilməsi üçün böyük əhəmiyyət daşıyır. Cənab Obama bunları İntel Korporasiyasını ziyarət etdiyi vaxt yazılan həftəlik mürcaiətində deyib. ABŞ prezidenti administrasiyanın təhsili prioritet sahə etdiyini deyib. Prezident Obama bildirib ki, Birləşmiş Ştatlar yeni iş yerləri və sanaye sahələrində rəqabət araprmaq üçün lazımi hər şeyi edəcək. O deyib ki, ölkədə cəsarətli sahibkarlar, gözəl yeni ideyalar və dünya miqyasında tanınmış kollec və universitet var.