ABŞ prezidenti Barak Obama orta sinfin iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına çalışdığını deyərək, zəhmətkeş amerikalıların layiq olduqları təqaüdlə təmin edilməli olduğunu bildirib.
Amerka xalqına həftəlik müraciətində cənab Obama deyib ki, maliyyə məsləhətçilərinin böyük hissəsi müştərilərin gələcəyini prioritet məsələ hesab etsə də, müştəriləri uğursuz investisiyalara sövq edənlər də var.
Prezident Obama bildirib ki, məhz bu səbəbə görə o bu həftənin əvvəli Əmək Departamentini qaydalara düzəlişlər edərək, təqaüd məsələləri üzrə məsləhətçilərin müştərilərin maraqlarını bütünlüklə nəzərə almasını tələb etməsini istəməyə çağırıb.
ABŞ prezidenti deyib ki, orta sinfə mənsub ailələrin ömrü boyu işləyib qənaət etdiyi pulları itirməsinə yol verilməməlidir.
Cənab Obamanın bildirdiyinə görə, uğursuz maliyyə məsləhətləri orta sinfə mənsub ailələrin ildə 17 milyard dollar itirməsi ilə nəticələnir