ABŞ prezidenti Barak Obama daha çox sayda məktəblinin kollec və peşə fəaliyyətə hazır olması üçün planını təqdim edib.
Şənbə günü Amerika xalqına müraciətində cənab Obama deyib ki, son illər ibtidai və orta məktəblərdə şagirdlərin daha yaxşı göstəricilərə nail olduğuna işarələr var. Onun bildirdiyinə görə, ABŞ-ın orta məktəblərini bitirən məzunların sayı hazırda bütün vaxtlardan daha çoxdur.
Lakin prezident Obama deyib ki, bü günün məktəbliləri 21-ci əsrin iqtisadi mühitində əvvəlki nəslin nümayəndələrindən daha yaxşı təhsil aldıqları halda daha yüksək göstəricilərə nail ola bilərlər.
Cənab Obama Konqresdə respublikaçıların təhsil haqda təqdim etdiyi qanunu tənqid edərək, onun məktəblər üçün bu onillikdə vəsaitin ixtisar edilməsinə gətirib çıxaracağını deyib. O bildirib ki, qanun qüvvəyə minsə idi, Birləşmiş Ştatlar 2021-ci ildə təhsilə 2012-ci ildən daha az vəsait ayıracaqdı.