Nəsim Sadıqi ‘rejimə qarşı təbliğat’ ittihamı ilə mühakimə ediləcək

Nəsim Sadıqi

Təbrizdə yaşayan türk fəal Nəsim Sadiqinin daha əvvəl üzləşdiyi “internetdə yalan məlumat yayma” və “İran əleyhdarı olan cəmiyyətlərə üzvlük” ittihamları ilə bağlı icraata xitam verilməsinə dair qərar qəbul olunub.

HRA agentliyinin surətini nəşr etdiyi məhkəmə sənədinə istinadən, üzərindən iki ittiham götürülsə də Sadiqinin mühakimə prosesi “rejimə qarşı təbliğat” ittihamı ilə davam edəcək.

Milli fəal keçən ilin oktyabr ayında təhlükəsizlik qurumu tərəfindən tutulduqdan sonra təqribən 40 gün İnqilab Keşikçiləri Korpusunun (Sepah) təhlükəsizlik bölməsində nəzarət altında saxlanılmışdı.

O daha sonra Təbriz həbsxanasına göndərilib, oradan isə mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

HRA agentliyinin məlumatına görə, Nəsim Sadıqi Sepah həbsxanasında saxlanıldığı günlərdə işgəncəyə məruz qalıb.