Accessibility links

Milli fəal Ulduz Qasımi pul cəriməsi ödəməyə məhkum edilib


Ulduz Qasımi
Ulduz Qasımi

Qərbi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi türk fəal Ulduz Qasıminin şikayəti üzrə ilkin məhkəmənin çıxardığı bir il həbs cəzası yerinə, onu 5 milion tümən (təxminən 1200 dollar) cərimə ödəməyə məhkum edib.

İnsan haqları pozuntularına dair xəbərlər yayan HRA agentliyi bu barədə məlumat açıqlayıb.

Güney Azərbaycan Televiziyasının (Günaz TV) surətini nümayiş etdirdiyi məhkəmə sənədinə istinadən, Ulduz (Mədinə) Qasımi Baldırlı ilkin məhkəmədə “rejimə qarşı təbliğat fəaliyyəti” ilə günahlandırılmışdı.

Hökmdə yazılanlara görə, “təhlükəsizlik qurumunun hesabatı”, “müttəhimin 2006 nümayişlərində ölənlərdən birinin məzarı önündə nitq söyləməsi” və “pantürkizm və separatçılığa dair fəaliyyətlərə qatılması” fəala qarşı irəli sürülən ittihamın sübutu üçün əsas gətirilib.

Fərzad Əsədpurun məzarı - Urmiyə
Fərzad Əsədpurun məzarı - Urmiyə

Ulduz Qasımi may ayında bir neçə digər fəalla bərabər 2006-cı il may qiyamının ildönümü münasibəti ilə Urmiyədə mərhum Fərzad Əsədpurun məzarı önünə toplanmışdılar.

2006-cı ilin may ayında İran Azərbaycanında baş qaldıran kütləvi üsyan zamanı Sulduz, Təbriz, Urmiyə və Xiyav kimi şəhərlərdə polis və hərbi qüvvələrin güc tətbiqi nəticəsində bir çox etirazçı həlak olub.

Həmin il may ayının 23-də Urmiyə küçələrində təhlükəsizlik qvardiyaları tərəfindən öldürülən 24 yaşlı türk fəal Fərzad Əsədpur onlardan biridir.

XS
SM
MD
LG