Rəşadət Axundovun və Üzeyir Məmmədlinin apellyasiya şikayəti təmin edilməyib
Aprelin 4-də Bakı Apellyasiya Məhkəməsində NİDA hərəkatının həbsdə olan fəalları Rəşadət Axundovun və Üzeyir Məmmədlinin şikayətlərinə ayrı-ayrılıqda baxılıb. Onlar 228.3-cü (mütəşəkkil qrup tərkibində qanunsuz partlayıcı maddə saxlamaq) maddə ilə ittiham olunur.
Vəkillər birinci instansiya məhkəməsinin fəalların həbsi haqqında qərarının ləğvi və bu qətimkan tədbirinin həbslə bağlı olmayan başqa tədbirlə əvəz olunması haqqında vəsatət qaldırıblar. Lakin hakimlər şikayətləri təmin etməyib və fəalları həbsdə saxlayıblar.
Vəkil Namiq Hacıyev qeyd edib ki, məhkəmə müdafiə tərəfinin Axundovun iş yerindən - BP şirkətindən təqdim etdiyi müsbət xarakteristikanı diqqətə almayıb. Yeri gəlmişkən, həbsindən sonra Axundov şirkətdən qovulmayıb. Müdafiə tərəfi həmçinin yaşayış yeri üzrə müsbət xarakteristika təqdim edib.
İkinci fəalın vəkili Fəxrəddin Mehdiyev də müvəkkilinin həbsdə saxlanılmasının əsassız olduğunu bildirib. Bununla belə, məhkəmə analoji qərar qəbul edib.
Xatırladaq ki, martın 7-də N!da Vətəndaş Hərəkatının fəalları Bəxtiyar Quliyev, Şahin Novruzlu və Məmməd Əzizov həbs edilib. Onlar 10 mart əsgər ölümlərinə qarşı etiraz aksiyası ərəfəsində zorakı əməllər hazırlamaqda ittiham olunublar.
İstintaqın iddiasına görə, fəalların mənzillərində partlayıcı maddələr və narkotik tapılıb. Lakin onların doğmaları bu maddələri hüquq-mühafizə orqanları əməkdaşlarının özləri ilə gətirdiklərini bildiriblər.
Martın 14-də N!DA-nın daha bir fəalı – Rəşad Həsənov həbs edilib. Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı həbs edilənləri “vicdan məhbusu” kimi tanıyıb.
Martın 30-da NİDA idarə heyətinin daha iki üzvü - Rəşadət Axundov və Üzeyir Məmmədli, aprelin 1-də isə Zaur Qurbanlı həbs edilib.