Çeçen polis komandirinin keçmiş müavini Nemtsovun qətlində iştirakını etiraf edib

Moskva məhkəməsinin hakimi çeçen polis komandirinin müxalifət lideri Boris Nemtsovun qətlində əli olduğunu etiraf etdiyini blidirib.

Boris Nemtsvoun qətlilə əlaqədar saxlanmış beş şübhəli bu gün məhkəmə qarşısına çıxarılıb.

Məhkəmənin hakimi Natalya Muşnikova bildirib ki, qətlə yetirmək ittihamı irəli sürülmüş çeçen polis komandirinin keçmiş müavini Zaur Dadayev qətldə iştirakını etiraf edib, lakin hələlik onun iştirakı ilə əlaqədar detallar açıqlanmayıb.

Boris Nemtsovu qətlə yetirmək ittihamının irəli sürülmüş Anzor Qubaşev isə özünü müqəssir tanımayıb. Hadisə ilə əlaqədar saxlanamış daha üç nəfər Qubaşevin kiçik qardaşı Şagid, Ramsat Baxayev və Tamerlan Askerxanovdur.

Beş nəfərin şübhəli qismində saxlanmasına baxmayaraq, müxalifət liderinin qətlinin motivləri ilə bağlı açıqlama verilməyib.

Həbs olunanların hamısı Rusiyanın son 20 ildə iki dəfə müharibə apardığı Çeçenistan bölgəsindədir.

Boris Nemtsovun yaxın müttəfiqlərindən biri olan İlya Yaşin Facebook səhifəsində həbslərə skeptic münasibət bildirirək yazıb ki, saxlanılan şəxslərin həqiqətən də cinayətkar olduğunu söyləmək çətindir.