Accessibility links

Rusiya müxalifətinin lideri qətlə yetirildi - Barak Obama bəyanat verdi


Kremlin yanındakı körpü ilə gedən Boris Nemtsov yoldan keçən avtomobildən atılan 4 güllə ilə qətlə yetirilib

Rusiyanın əsas müxalifətinin lideri və baş nazirin keçmiş müavini Boris Nemtsov fevralın 27-si axşam saatlarında paytaxt Moskvanın mərkəzində güllə ilə vurularaq öldürülüb.

Daxili İşlər Nazirliyi bildirib ki, Kremlin yanındakı körpü ilə gedən Nemtsov yoldan keçən avtomobildən atılan 4 güllə ilə qətlə yetirilib.

Rəsmi İtar-Tass xəbər agentliyinin məlumatına görə, prezident Vladimir Putin cənab Nemtsovun ölümü barədə "dərhal" məlumatlandırılıb və Kremı araşdırmanı yaxından izləyəcək.

"Prezident hesab edir ki, bu qətl bazar günü müxalifətin nümayişindən qabaq provokasiya motivi ilə həyata keçirilmiş sifarişli öldürmədir" - deyə Putinin sözçüsü bildirib.

ABŞ prezidenti Barak Obama Boris Nemtsovun qəddarcasına öldürülməsini tənqid edərək Rusiya hökumətini qətllə bağlı təcili, ədalətli və şəffaf araşdırma aparmağa və qətlə görə məsuliyyət daşıyanların ədalət qarşısına çıxarılmasına çağırıb.

"Ölkəsinin yorulmaz müdafiəçisi olan Nemtsov Rusiya vətəndaşlarının hamısının layiq olduqları hüquqları əldə etməsinə çalışırdı. Mən Nemtsovun Rusiyada korrupsiya əleyhinə apardığı cəsarətli mübarizəsini təqdir edir və 2009-cu ildə Moskvada onunla görüşəndə fikirlərini mənimlə bölüşdüyünə görə ona təşəkkürümü bildirirəm", - prezident Obamanın bəyanatında deyilir.

XS
SM
MD
LG