İndoneziyada ekspertlər qəzaya uğramış rus təyyarəsinin qara qutusunu axtarırlar

  • Amerikanın səsi

Onlarla indoneziyalı və rus ekspert içərisində 45 sərnişin və ekipaj heyətinin həlak olduğu təyyarənin qara qutusunu axtarırlar.

Axtarışlar təyyarə qalıqlarının tapıldığı Salak Dağının ətəyində həyata keçirilir.

Paytaxt Cakartadan 80 kilometr məsafədə yerləşən qəza məkanı cəngəllik yaxınlığında yerləşir.

Qəzaya uğramış təyyarə günorta saat 2-də Cakartanın Halim aeroportundan səmaya qalxmışdı. Məqsəd təyyarəni potensial alıcılar, pilotlar və jurnalistlər üçün reklam etmək idi.

Təyyarənin bir saata qayıdacağı gözlənilirdi. Amma 3000 metr yüksəklikdən 1800-ə düşən təyyarə ilə təmas qırılmışdı.