İndoneziya və Rusiya rəsmiləri Rusiya təyyarəsinin bu həftənin əvvəli Cakarta yaxınlığında qəzaya uğramasının səbəbl araşdıracaqlarını vəd ediblər.
Rəsmilər Mount Salak adlı uçurumdan saatda 800 kilometr sürətlə düşən təyyarədəki 50 sərnişindən hər birinin həlak olduğunu ehtimal edirlər.
İndoneziya prezidenti Susilo Bambanq Yudhoyono bu gün hadisə qurbanlarının ailə üzvlərinə deyib ki, Rusiya və İndoneziyanın xilasetmə dəstələri xilasetmə əməliyyatları davam etdirəcək.
Alpinist təchizatlarından istifadə edən xilasetmə işçiləri hadisə baş vermiş yerdə indiyədək 10 cəsəd aşkar edib. Pis hava şəraiti cəsədlərin vertolyotlarla qəza yerindən götürülməsinə mane törədir.