Azərbaycan müdafiə naziri Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin aprelin 2-də keçiriləcək üçtərəfli görüşündə iştirak üçün Tbilisi şəhərinə səfərə gedib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə,müdafiə nazirlərinin əvvəlcə üçtərəfli, sonra ikitərəfli formatda görüşləri keçirləcək.
Üçtərəfli görüşdə müdafiə sahəsində həyata keçirilən birgə əməkdaşlığın gedişatı nəzərdən keçiriləcək, regional təhlükəsizlik məsələləri, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi istiqamətində fəaliyyətlər, o cümlədən qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcək.