“Gürcüstanla sərhəddə 13-dək razılaşdırılmamaış sahə var”
“Gürcüstanla həm səfirliklər, həm də Gürcüstan hökumətinin xüsusi nümayəndəsi səviyyəsində sərhədlərin delimitasiyası üzrə təmaslarımız davam etdirilir. Razılaşmışıq ki, bu həftə Azərbaycan-Gürcüstan arasında sərhədlərin delimitasiyasına dair ekspertlər səviyyəsində görüş razılaşdırılmamış ərazilərdə keçirilsin. Ekspertlərin işinin nəticəsi olaraq komissiyanın növbəti iclasının Tbilisidə keçirilməsi vaxtı müəyyənləşdiriləcək. Bu, çox güman ki, iyul-avqust aylarına təsadüf edəcək.”
Bu barədə Azərbaycan xarici işlər nazirnin müavini Xələf Xələfov jurnalistlərin sualının cavabında bildirib.
O Amerikanın Səsinin Gürcüstanla danışıqlarda irəliləyişlər barədə sualının cavabında delimitasiya üzrə danışıqlarda irəliyə addımlar atılacağına, mövqelərin yaxınlaşdırılacağına və nəhayətdə razılıq əldə ediləcəyinə ümid etdiyini bildirib.
SEE ALSO: Azərbaycan və Gürcüstan sərhədin delimitasiya danışıqlarını davam etdirəcəkOnun sözlərinə görə, Gürcüstanla razılaşdırılmamış 13-ə qədər sahə var.
Nazir müavini Keşikçidağ qoruq əarzisi ilə bağlı məsələ barədə Amerikanın Səsinin sualının cavabında deyib ki, burada söhbət mübahisdən getmir.
Söhbət mübahisədən getmir. Söhbət ondan gedir ki, on üçə qədər sahə var ki, bu bizə qədər razılaşdırılmayıb. Razılaşdırılmayıb, ona görə ki, müəyyən sənədlər, yanaşmalar üzrə fikir ayrılıqları var, müxtəlif yanaşmalar var. Bunlar, əlbəttə ki, yaxınlaşdırılmalıdır, razılaşdırılmalıdır.Xələf Xələfov, nazir müavini
“Mətbuatda yazılmışdı ki, burada mübahisə gedir. Burada söhbət mübahisədən getmir. Söhbət ondan gedir ki, on üçə qədər sahə var ki, bu bizə qədər razılaşdırılmayıb. Razılaşdırılmayıb, ona görə ki, müəyyən sənədlər, yanaşmalar üzrə fikir ayrılıqları var, müxtəlif yanaşmalar var. Bunlar, əlbəttə ki, yaxınlaşdırılmalıdır, razılaşdırılmalıdır. Keşikçidağ da o razılaşdırılmamış sahələrə daxildir. Ona görə də, biz, orada məsələləri razılaşdırmalıyıq. O ki, qaldı dövlət sərhədlərinin olub-olmamasına, dövlət sərhədləri həmişə olub. Bilirsiniz ki, Sovetlər dövründə bütün respublikalar arasında inzibati sərhədlər var idi. İnzibati sərhədlər də ölkələrin yaşayışını, qonşuluğunu, bütün fəaliyyətini təmin edirdi və hər kəs sərhədlərini bilirdi. Lakin Sovet İttifaqı dağılandan sonra inzibati sərhədlər başqa status aldı. İndiki dönəmdə isə ölkələr sərhədlərin müəyyən edilməsinə dair sənədlər imzalayır. Bunu da imzalamaq üçün komissiya hər bir sahəni razılaşdırmalıdır," Xələfov bildirib.
Azərbaycan və Gürcüstan arasında sərhəd SSRİ dövründə müəyyən olunub. Hər iki ölkənin müstəqilliyi əldə olunduqdan sonra Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq dövlət komissiyaları yaradılıb və indiyədək komissiyaların 11 iclası keçirilib. Bu proses çərçivəsində 480 kilometrlik Azərbaycan - Gürcüstan dövlət sərhədinin əksər hissəsinin delimitasiyasına dair komissiyalar səviyyəsində razılıq əldə edilib. Hazırda 166 kilometrlik hissələr üzrə ekspertlər səviyyəsində iş davam etdirilir.
Son günlər Gürcüstandan bir qrup insan "Keşikçidağ" mağara-kilsə kompleksi ilə bağlı iddialar irəli sürüb, sərhəd ərazisinə gələrək gərginlik yaratmağa cəhd edib.
Azərbaycan "Keşikçidağ" mağara-kilsə kompleksindəki tarixi abidələri dövlət səviyyəsində qoruma altına alıb. Bu məqsədlə hələ 2007-ci ildə "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.
Qoruq ərazisində 70-dək mağara, bir qala, iki məbəd və bir inanc yeri var.
“Rusiya ilə sərhədin demarkasiyasında ləngitmə yaradacaq heç bir faktor mövcud deyil”
Xələfovun sözlərinə görə, iyunun 19-20-də Bakıda Azərbaycan-Rusiya sərhədlərinin demarkasiyasına dair komissiyanın iclası keçiriləcək.
Onun fikirincə, sərhədlərin demarkasiyası çox uzun prosesdir.
SEE ALSO: Azərbaycan-Rusiya sərhədinin demarkasiyası davam edir"Rusiya ilə sərhədlərin demarkasiyası ilə bağlı danışıqlar durmadan davam edir. Hər dəfə də müəyyən qədər irəliləyiş olur. Müzakirələrin ardıcıllığında ləngitmə yaradacaq heç bir faktor mövcud deyil. Demarkasiya razılaşmaları adətən uzunmüddətli proses olur. Nümunə üçün deyim ki, demarkasiyanı aparmaq üçün normativ hüququ sənədləri 3 ilə qəbul edə bildik. Hesab edirəm ki, Rusiya ilə sərhədlərin demorkasiyası 5 ilə kimi çəkəcək,” o qeyd edib.
Azərbaycanla Rusiya arasında dövlət sərhədinin uzunluğu 391 kilometrdir.
Azərbaycan və Rusiya arasında dövlət sərhədlərinin demarkasiyası üzrə birgə kimissiya 2018-ci il fevralın 22-də Azərbaycan və Rusiya arasında dövlət sərhədlərində Azərbaycanın Qusar rayonunun Zuxul kəndi (Bakıdan 200 kilometr şimal) ərazisində Azərbaycanın Rusiya ilə dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılması mərasimini keçirib.
“İranla Azərbaycan araslında dənizin dibinin bölünməsində fikir ayrılıqları var”
Xarici içlər nazirinin müavini, Azərbaycan tərəfdən işçi qrupunun rəhbəri Xələf Xələfov Xəzər dənizi məsələlərinə aid növbəti işçi iclasının iyulda Tehranda keçiriləcəyini bildirib.
"Konvensiya imzalanandan sonra bu, sayca 3-cü görüş olacaq. Gündəlik dəyişmir. Son sammitdə qəbul olunan qərarlar, konvensiyadan irəli gələn vəzifələr və xüsusilə də bazis xəttini müəyyən edən metodikanın müəyyən edilməsi üzrə saziş layihəsinin razılaşdırılması müzakirə ediləcək," Xələfov vurğulayıb.
Nazir müavini deyib ki, konvensiya bütün ümumi məsələləri özündə əks etdirib, baza prinsiplərinin hamısı qəbul olunub.
“Amma, konvensiyanın baza prinsiplərini həyata keçirmək üçün, onun müəyyən etdiyi məsələləri təsbit etmək üçün basis xətlərinin müəyyən olunması metodikası çox vacibdir,” o qeyd edib.
SEE ALSO: Xəzərin hüquqi statusuna dair Konvensiya imzalanıbXələfov Amerikanın Səsinin sualınlın cavabında deyib ki, konvensiya iləı bağlı İranla Azərbaycan arasında heç bir fikir ayrılığı mövcud deyil.
Siz İranla Azərbaycan araslında dənizin dibinin bölünməsi məsələsinə işarə etmək istəyirsiniz. Bu sahədə, bəli, müəyyən fikir ayrılıqları var.Xələf Xələfov, nazir müavini
“Yəqin, siz İranla Azərbaycan araslında dənizin dibinin bölünməsi məsələsinə işarə etmək istəyirsiniz. Bu sahədə, bəli, müəyyən fikir ayrılıqları var. Ona görə də təmaslar və danışıqlar prosesi demək olar ki, vaxtaşırı davam etdirilir,” o qeyd edib.
2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb.
Konvensiyaya əsasən Xəzərin su səthində hər bir dövlətin 15 mil məsafədə milli zonası, 10 mil məsafədə balıqçılıq zonası müəyyən olunur. Qalan hissələr isə gəmiçilik və digər məqsədlər üçün ümumi istifadə üçün nəzərdə tutulur.
Sənədə görə, dənizin dibi tamamilə üzbəüz və yanakı dövlətlər üçün sektorlara bölünür. Dənizin dibindən ümumi istifadə nəzərdə tutulmur. Boru kəmərlərinin və trans xətlərin çəkilməsi ilə bağlı hüquqlar təsbit olunub. Borular və digər trans xətlər çəkilərkən hansı ölkənin sektorundan keçəcəksə, həmin ölkə ilə ikitərəfli əsasda razılaşdırılacaq.
Konvensiyaya görə, dənizlərin sektorlara bölünməsimaterik və materik ərazisinin davamı olaraq adalar da nəzərə tutulmaqla aparılacaq. Ölkələrin sərhədindən, sərhədin uzunluğundan asılı olaraq, razılaşdırılmış metod əsasında bölgü aparılacaq.
Konvensiyada Xəzər dənizində gəmiçilik məsələləri, tərəflərin bir-birinə xələl gətirməyən hərbi balansının qorunması əsas götürülüb.
SEE ALSO: Xəzər məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası olub1992-ci ildən Xəzərin hüquqi statusu barədə konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri başlayıb. Xəzərin hüquqi statusuna hər bir dövlət milli maraqlarından çıxış edərək fərqli yanaşıb.
1998-ci ilin iyulunda Moskvada Rusiya ilə Qazaxıstan arasında "Xəzərin Şimal hissəsinin dibinin bölünməsinə dair Birgə Saziş" imzalanıb.
2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında "Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi" haqqında üçtərəfli saziş imzalanıb və tərəflər, Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atıb. Üçtərəfli sazişə görə, orta xətt üzrə Xəzərin dibinin 18,7 faizi Rusiyanın, 19,5 faizi Azərbaycanın, 29,6 faizi Qazaxıstanın nəzarətində qalır.
Xəzər dənizi ilə Türkmənistanın 1200 kilometrlik sahil xətti mövcuddur. Türkmənistan 2005-ci ildən Xəzər dənizinin orta xətt boyunca bölünməsini təklif etsə də, Azərbaycanla bır sıra istiqamətlərdə razılıq əldə edə bilməyib.
Türkmənistan tərəfi iddia edir ki, Xəzər orta xətt prinsipi ilə bölünməlidir və bu dövlətlər arasında sərhəd rolunu oynamalıdır. Aşqabad hesab edir ki, Xəzərin Türkmənistanla Azərbaycan arasında bölünməsi zamanı Abşeron yarımadası və Çilov adası nəzərə alınmamalıdır. Təbii ki, Azərbaycan tərəfi bu prinsiplə razılaşmır.
İran 1921 və 1940-cı illər müqaviləsinə əsaslanaraq Xəzər dənizinin tərəflər arasında 20 faiz üzrə bərabər bölüşdürülməsini tələb edir. İran tərəfi Xəzər dənizinin quru sərhədlərindən başlayaraq dövlətlər arasında orta xətt boyunca bölüşdürülməsinin qəti əleyhdarıdır. Digər 4 Xəzəryanı dövlət onun bu mövqeyini dəstəkləmir. İran da Rusiya kimi xarici ölkələrin hərbi gəmilərinin Xəzər dənizində hərəkət etməsinin qadağan olunmasını dəstəkləyir.
Bununla yanaşı, tərəflər Xəzərin ekologiyası, su səthindən ümumi istifadə, terrorizmə, qaçaqmalçılığa qarşı birgə mübarizə ilə bağlı razılıqlar əldə ediblər.