Təbriz məhkəməsi 3 mədəni fəalın hərəsinə 20 qamçı vurulması barədə hökm verib. "Çeşm Əndaz" sitəsinin xəbərinə görə Cəlil Ələmdari Miylani, Əli Səlimi və Səyid Siyami məhkəmənin haqlarında qamçı vurma hökmü çıxardığı fəallardır. Onlar eyni zamanda 300,000 Tümən də (300 Dollar) cərimə ödəyiblər.
Bu üç nəfər, Təbiət günündə yüzlərlə etirazçıyla eyni zamanda, Urmu Gülünün quruması ilə bağlı nümayiş keçirərkən digər 70 fəalla birlikdə tutulmuşdular. Həmin etiraz nümayişi, Təbiət günü kimi qeyd edilən Novruz Bayramının 13-ü Təbriz şəhərində təşkil edilmişdi. Etiraz zamanı saxlananlardan Səyid Siyami, Höccət Muxtarzadə, Cəlil Ələmdari Miylani, Əli Səlimi və Həbib iki ittiham üzrə mühakimə oldular.
Onların vəkili Musa Bərzin Xəlifəli deyib ki, tutulan fəalların işi "toplaşıb və əmniyyət ziddinə çalışmaq" ittihamı ilə inqilab məhkəməsində göndərildi və hakim onların hərbirini 6 ay həbs cəsasına məhkum etdi. Vəkilin verdiyə məlumata əsasən, İnqilab məhkəməsinin hökmünə etiraz verilir və Şərqi Azərbaycanın Ali Məhkəməsi (Təcdidi Nəzər) Cəlil, Səyid və Əliyə bəraət verir amma Purvəli ilə Muxtarzadənin 6 ay həbs hökmünü təsdiqleyir. Bu o haldadı ki, onların hamısına qarşı eyni ittihamlar oxunmuşdu. Vəkilin dediyinə görə belə bir hal İran qanunlarına ziddi. Ona görə ki, İranda "Qanun rivalı" deyilən məhkəmə nizamnaməsinə əsasən eyni ittihamla üzləşən adamlar barədə məhkəmə fərqli hökmlər çıxarmamalıdır.
Onlara qarşı "ümumi nizamı pozmaq " itihamlarına İnqilab məhkəməsində yox, ümumi məhkəmənin 116-cı şübəsində baxıldı və hakim onların hərbirinə 300,000 Tümən (300 Dollar) cərimə və hərəsinə 20 qamçı vurulmağı barədə hökm çıxardı. Vəkilin verdiyi məlumata görə, 116-ncı məhkəmənin qərarı əsasında, İyun ayının 14-ü (Xordadın 25-i) onlara 20 qamçı vurulması cəzası yerinə yetirildi və hərbiri 300,000 tümən cərimə ödədi. Həbib Purvəli və Höccət Muxtarzadə İnqilab Məhkəməsinin verdiyi 6 ay həbs cəzasının qalan hissəsini çəkmək üçün Təbrizin Mərkəzi zindanına aparılsa da məhkəmənin haqqında bəraət qərarı çıxartdığı Cəlil Ələmdari Miylani, Əli Səlimi və Səyid Siyami azadlığa buraxıldılar.