Bu barədə NATO baş katibinin siyasi məsələlər və siyasi təhlükəsizlik məsələləri üzrə baş katibinin köməkçisinin müavini Ceyms Appaturay bildirib
NATO Cənubi Qafqaz ölkələri ilə münasibətləri möhkəmləndirmək niyyətindədir və Qarabağ münaqişəsinin həll ediləcəyinə inanır. İTAR-Tass agentliyinin məlumatına görə, bu barədə bu gün Pyatiqorsk-Brüssel telekörpüsü zamanı NATO baş katibinin siyasi məsələlər və siyasi təhlükəsizlik məsələləri üzrə baş katibinin köməkçisinin müavini Ceyms Appaturay bildirib.
“Ermənistan və Azərbaycan bizim üçün və Rusiya üçün çox mühüm istiqamətdir. Bu ölkələr həm Rusiya ilə, həm də NATO ilə yaxşı münasibətləri olmasını istəyir, xüsusən, sülhməramlı fəallıq məsələlərində. Qeyd edim ki, biz sülhməramlı fəaliyyətdə Rusiyanın rəqibini görmürük”, deyə o bildirib.
Alyans nümayəndəsinin sözlərinə görə, Ermənistan indi Azərbaycanla problemin həlli üçün müxtəlif beynəlxalq təşkilatları birləşdirməyə çalışır. Azərbaycan “xarici siyəsətində Rusiyadan çox asılıdır” və “bizim onunla geniş əməkdaşlıq proqramımız var”. “Bu keçmiş döyüş əməliyyatı sahələrinin minalardan təmizlənməsi, energetika sahəsində əməkdaşlıqdır. Düşünürəm ki, biz bunu və daha artığını edə bilərik”, deyə Appaturay bildirib.
NATO Dağlıq Qarabağ probleminin ən qısa zamanda həllində maraqlıdır. Alyansda qeyd edirlər ki, “belə gizli münaqişələrin uzun müddət qalması təhlükəsini kifayət qədər qiymətləndirməmək olmaz” və “təcrübə göstərir ki, bu, yaxşı nəticələrə gətirib çıxarmır”. “Vəziyyət belə qalsa, əhali parçalanacaq, düşmənçiliyə davam edəcək. Nəticədə sərhəd xəttindən atışmalar baş verə bilər. Gərginlik artır, sonra azalır, bəzən partlayışlar baş verir. Bu çox təhlükəli vəziyyəti biz “dondurulmuş münaqişələr” adlandırırıq”, deyə alyans nümayəndəsi qeyd edib.