“Məqsədimiz ekoloji platformanı siyasi gündəmə gətirməkdir”
Your browser doesn’t support HTML5
Ecofront təşəbbüs qrupunun təsisiçisi Cavid Qara Amerikanın Səsinə müsahibəsində bildirib ki, Azərbaycan hazırda çox böyük ekoloji problemlərin içərisindədir və buna görə də ölkədə ekoloji aktivizmi dirçəltməyə ehtiyac var. Növbədənkənar parlament seçkilərində iştirak edəcək ictimai fəalın sözlərinə görə, seçkiyə gedərkən hər bir namizəd ən azından şəffaf seçki keçirilərsə qalib gəlməyi qarşısına məqsəd qoyub, bütün strategiyasını, bütün resurslarını qalib gələ bilmək üçün sərf etməlidir.