Liviya kəşfiyyatının sabiq başçısı yaxalandı

  • Amerikanın səsi

Seyf əl-İslam Qəzzafi Zintana uçan təyyarədə oturub

Liviya rəsmiləri deyirlər ki, hökumət qüvvələri Müəmmər Qəzzafinin sabiq kəşfiyyat rəhbərini yaxlayıblar. Dünən müvəqqəti hökumət qüvvələri Liviya diktatorunun oğlu Seyf əl-İslamı yaxalamışdı.

Bir qədər öncə keçmiş kəşfiyyat xidmətinin rəhbəri Abdullah Senusinin ölkənin cənubunda tutulması və yaxud mühasirəyə alınması barədə müxtəlif məlumatlar dolaşırdı.

Liviyanın son uğuru müvəqqəti hökumətlə Beynəlxalq Cinayət Məhkəməsi arasında danışıqlara təsadüf edir. Diktatorun oğlunun Liviyada və yaxud xaricdə mühakimə edilməsi üzərində danışıqlar gedir.

Məhkəmənin baş ittihamçısı Luis Moreno Okampo mühakimənin təşkil edilməsi üçün Liviyaya səfər edəcək.

Dünən yeni hökumətə loyal silahlı şəxslər Liviyanın cənub səhrasında Seyf əl-İslamı yaxalayaraq təyyarə vasitəsilə Zintana gətiriblər.