193 həkim və müəllim Ruhaniyə açıq məktub yazıb
İranın tibb universitetlərində dərs deyən 193 həkim və müəllim prezident Həsən Ruhaniyə açıq məktub yazaraq 3 ildir ev dustaqlığında saxlanan müxalifət liderləri Mirhüseyn Musəvi, xanımı Zəhra Rəhnəvərd və Mehdi Kərrubinin azadlığa buraxılmasını tələb ediblər.
“Media forum” saytının məlumatına görə, məktubda deyilir ki, Musəvi və Kərrubi min gündən artıqdır qanunsuz olaraq həbsdə saxlanır:
“Musəvi və Kərrubi onlara ədalətli bir məhkəmə keçirilmədən, barələrində hər hansı bir hökm çıxarılmadan və onların özlərini müdafiə etməsi üçün şərait yaradılmadan 1000 gündən artıqdır ki həbsdə saxlanılır. Xalq siyasi məhbusların azadlığa buraxılacağı ilə bağlı verdiyiniz vədlərə ümid bəsləyərək sizə səs verib və hazırda həmin vədlərin yerinə yetirilməsini istəyir. Sizdən müxalifət liderlərinin həbsinin ləğv olunması və onların azadlığa buraxılmasına təşəbbüs göstərməyinizi xahiş edirik”, sənəddə deyilir.