İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei bildirib ki, müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi prezidentliyə namizədliklərini vermək üçün tövbə etməlidirlər.
Bu ilin iyununda İranda prezident seçkisi olacaq.
Mirhüseyn Musəvi və Mehdi Kərrubi bundan əvvəl, 2009-cu ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olublar. Həmin seçkidən sonra isə Musəvi və Kərrubi seçki saxtakarlığına qarşı kütləvi etiraz aksiyalarına rəhbərlik ediblər. 2011-ci ildən hər iki müxalifət lideri hər hansı məhkəmə qərarı olmadan ev dustaqlığında saxlanır.
“Media forum” saytının məlumatına görə, yanvarın 17-də baş prokuror Qulamhüseyn Möhsüni Ejei jurnalistlərə açıqlamasında deyib: “Musəvi və Kərrubi böyük günah işlədib qanun pozuntusuna yol veriblər. Məhz buna görə də onların növbəti prezident seçkisinə qatılmağa səlahiyyətləri yoxdur. Onlar tövbə edib günahlarını yumayınca prezidentliyə namizədliklərini irəli sürə bilməzlər”.
Mirhüseyn Musəvi və Mehdi Kərrubi 2013-cü ilin prezident seçkisinə qatılıb-qatılmayacaqları haqda indiyədək açıqlama verməyiblər.