Müəmmər Qəzzafi Nigerə qaçdığını "yalan" adlandırır

  • Amerikanın səsi

Anti-Qəzzafi döyüşçülər Bəni Valid qəsəbəsi yaxınlığında

Suriya telestansiyası Müəmmər Qəzzafinin Nigerə qaçması haqda xəbərləri təkzib edən audiosunu yayımlayıb.

Əl Ray TV kanalında yayımlanan müraciətdə cənab Qəzzafi bu xəbərləri “yalan” adlandırıb. O, tərəfdarlarının NATO-nu məğlub edəcəyini bəyan edərək Tripolidə qərar tutmuş müvəqqəti hökumətə qarşı vuruşacağını bildirib.

Milli Keçid Şurası Nigerə nümayəndə heyəti göndərib. Səfərin məqsədi Qəzzafi tərəfdarlarının bu ölkəyə qaçışının qarşısını almaqdır.

Cənab Qəzzafinin harada olması məlum deyil və Niger hökuməti sabiq liderin ölkədə olmadığını təsdiq edib.