Liviyanın müvəqqəti hökumət qüvvələri sabiq Liviya lideri Müəmmər Qəzzafinin son istehkamlarından biri sayılan Bəni Valid qəsəbəsinə daxil olduqlarını deyirlər.
Anti-Qəzzafi qüvvələr bu gün sübh çağı şəhərin girəcəyinə axışıblar. NATO təyyarələri səmadan müvəqqəti hökumət qüvvələrinə yardım göstəriblər. Ərazidən ucalan tüstü dünən qəsəbədə cərəyan edən şiddətli döyüşlərin nişanəsidir.
Milli Keçid Şurasının (MKŞ) qüvvələri Qəzzafi loyalistlərinin onları raket atəşinə tutmasından sonra cümə günü hücuma başladı.
Döyüşçülər loyalistlərin sərt müqaviməti ilə üzləşiblər. Lakin Milli Keçid Şurası tezliklə Bəni Valdin alınacağını bildirir.