Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Ordusunun kəşfiyyat-təxribat qrupunun üzvü ələ keçirilib

Azərbaycan Müdafiə Nazirliyi

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, dekabrın 26-da axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Nazirliyin mətbuat xidmətinin məlumatında deyilir:

“Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı əvvəlcədən aşkar edilərək alınıb. Qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü peşəkar hərbi qulluqçu, ilkin məlumata görə Baqdasaryan Arsen Eduardoviç əsir olaraq ələ keçirilib.


Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır”, mətbuat xidməti qeyd edir.