Nazir Həsənov cəbhə xəttindəki vəziyyətlə tanış olub
Azərbaycan müdafiə naziri Zakir Həsənov cəbhə bölgəsində səfərdədir.
Müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatına görə Müdafiə Nazirliyinin rəhbərliyi cəbhədə təmas xəttindəki hərbi hissələrdəki mövcud vəziyyətlə tanış olub, döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüşlər keçirib.
Eyni zamanda müdafiə naziri cəbhə bölgəsindəki müasir zirehli texnikaların döyüşə hazırlıq vəziyyəti, imkanları və effektiv istifadəsi, döyüş növbəsinin yüksək səviyyədə təşkili və aparılması, o cümlədən hərbi qulluqçuların mənəvi-psixoloji durumu ilə tanış olub.
Xəbərdə deyilir ki, Həsənov nizam-intizamın gücləndirilməsi, silah-sursatla, hərbi texnika ilə davranışda təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması və sağlamlıqlarına diqqətin artırılması ilə əlaqədar tapşırıqlar verib.