Accessibility links

Müdafiə naziri Serbiyaya rəsmi səfər edəcək


Müdafiə naziri Zakir Həsənov
Müdafiə naziri Zakir Həsənov

Səfər Serbiyanın müdafiə naziri Neboyşa Rodiçin dəvəti ilə baş tutacaq

Azərbaycanın müdafiə naziri Zakir Həsənov fevralın 17-18-də Serbiyaya rəsmi səfər edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, səfər Serbiyanın müdafiə naziri Neboyşa Rodiçin dəvəti ilə baş tutacaq.

Səfər çərçivəsində Serbiya rəhbərliyi ilə görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi, təhlükəsizlik məsələlərinin müzakirə edilməsi və "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında Müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş"in imzalanması nəzərdə tutulub.
XS
SM
MD
LG