Yanvarın 24-də müdafiə naziri Zakir Həsənov Hərbi Hava Qüvvələrinin daha bir hərbi hissəsinə gedib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə müdafiə naziri hərbi aerodromun uçuş-enmə zolaqları, təyyarələrin döyüşə hazırlığının səviyyəsi və hərbi şəhərciyin vəziyyəti ilə tanış olub.
Zakir Həsənov hərbi hissənin şəxsi heyəti ilə keçirilən görüşdə diqqətin daim peşəkarlığın artırılmasına və onun yüksək səviyyədə saxlanılmasına yönəldib.
Müdafiə naziri döyüş tapşırıqlarının daha operativ və səmərəli yerinə yetirilməsi, aviasiya və hava hücumundan müdafiə ilə bağlı planlaşdırılan tədbirlərlə əlaqədar tapşırıqlar verib.
Nazir Həsənov son bir ayda artıq dördüncü dəfə Hərbi Hava Qüvvələrinin hərbi hissələrində olub.