Mt. Rainier səfərinin sonu

Your browser doesn’t support HTML5

Sunrise bölgəsinə olan səyahətlə də Mt Rainier Milli Parkına etdiyim səfər yekunlaşır. Hər il iki milyondan çox turistin gəldiyi, Sietl şəhərindən cəmi 2 saatlıq uzaqlıqda yerləşən bu möhtəşəm vulnaik dağa ikinci səfərim idi. Hər birində 3 gün sərf etməyimə baxmayaraq parkın hələ də gəzib, görmədiyim onlarla maraqlı şəlaləsi, cığırı, meşələri qalıb. Buna görə də qarşıdakı aylarda yenidən Mt Rainier Milli Parkına geri gəlməyə, bu təbiət möcüzəsini müxtəlif fəsillərdə görməyə, gəzməyə çalışacam.