Rusiya xarici işlər nazirliyi Suriya hökumətini BMT və Ərəb Liqasının xüsusi elçisi Kofi Annanla əməkdaşlıq etməyə çağırıb. Xarici işlər naziri Sergey Lavrov deyib ki, o, Qərb hökumətlərinin də Suriya müxalifətini sabiq BMT rəhbərinin vasitəçilik səyləri ilə əməkdaşlıq etməyə inandıracağına ümid bəsləyir.
Annanın BMT Təhlükəsizlik Şurasında video brifinq keçirəcəyi gözlənilir. Qərb dövlətləri bu brifinqin Suriya prezidenti Bəşər əl-Əsədi pisləyən qətnamənin qəbulunu sürətləndirəcəyinə ümid edirlər. Rusiya və Çin artıq iki dəfə Suriyanı pisləyən qətnaməyə veto qoyub.
Annan ötən şənbə və bazar günləri Dəməşqdə Əsədlə görüşüb. Görüşdə o, döyüşlərə son qoyulması, humanitar yardımın təmin edilməsi və siyasi dialoqa başlanması barədə təkliflər paketi ilə çıxış edib. Annan deyir ki, o, hələ də Suriya rəhbərliyi ilə təmasdadır, lakin öz təkliflərinə detallı cavab verilməsini arzulayardı.
Bu arada Türkiyə öz vətəndaşlarını Suriyandan çıxmağa çağıraraq həmin ölkə ilə təhlükəsizlik buferi yaratmağı nəzərdən keçirdiyini bəyan edib.