Respublikaçı prezidentliyə iddialı Mitt Romni az səs fərqi ilə də olsa mühüm yarış məkanı hesab edilən Ohayo praymerizində qələbə çalıb.
Romni çərşənbə axşamı vaxtikən qubernatoru olduğu Massaçusets ştatında da qələbə çalıb. Qurultaya gedəcək nümayənələrin böüyk qismini qazanan siyasətçiyə çevrilmiş biznesmen ümid edir ki, Super Çərşənbə Axşamı ona namizəd statusunu möhkəmləndirməyə imkan verəcək.
Onun əsas rəqibi, sosial mühafizəkar Rik Santorum da bir neçə ştatda qalib gəlib. Sabiq Pennsilvaniya senatoru fevralın əvvəllərində üç ştatda qələbə çaldıqdan sonra qazandığı momentumu bərpa etməyə can atır.