Mitt Romni: Amerika xalqı bundan yaxşısına layiqdir! [Nitqin Tam Videosu]

Sabiq Massaçusetts qubernatoru Mitt Romni cümə axşamı Respublikaçılar Partiyasından prezidentliyə namizədliyi rəsmən qəbul etdi. Cənab Romninin qurultayın sonuncu günündəki nitqi üç gün davam edən törənin kulminasiya nöqtəsi oldu.

“Cənab sədr, və nümayəndələr, mən sizin nominasiyanızı qəbul edirəm.”

Prezident Obama vəd etmişdi ki, okean sularının qalxmasının qarşısını alacaq və planeti müalicə edəcək. Mənim vədim… sizə və ailənizə yardım etməkdir.
.

Bütün Amerika boyu yayımlanan müraciətdə dramatik bəyanatın ardınca Mitt Romni prezident Barak Obamanı səbatsız iqtisadi siyasətinə görə tənqid atəşinə tutdu.

“Bu prezidentdən fərqli olaraq, mənim 12 milyon yeni iş yeri yaratmaq planım var.”

Cənab Romninin açıqladığı planda yeni ticarət razılaşmaları və bizneslərə qoyulan vergilərin azaldılması nəzərdə tutulur.

“Bu, Amerikanın azad bazar sisteminin mahiyyətidir – qeyri-adi yaradıcılığı həvəsləndirmək, Amerika insanlarının qabiliyyəti və məhsuldarlığını paylaşdırmaq əvəzinə, ondan istifadə edib gələcəyin firavanlığının əsasını qoymaq.”

Mən amerikalıyam. Mən taleyimi özüm həll edirəm. Biz bundan yaxşısına layiqik. Mənim uşaqlarım bundan yaxşısına layiqdirlər. Mənim ailəm bundan yaxşısına layiqdir. Mənim ölkəm bundan yaxşısına layiqdir.

Respublikaçı namizəd həmçinin cənab Obamanın xarici siyasətini, ələlxüsus İranın nüvə proqramına yanaşmasını tənqid etdi.

"Prezident qismində verdiyi ilk televziya müsahibəsində, o, demişdi ki, biz İranla danışmalıyıq. Biz hələ də danışırıq, amma İranın sentrifuqlaraı öz işindədir."

Prezident Obama ilə müqayisədə qadınlardan nisbətən az dəstək alan cənab Romnni beş oğlunun anası Annı xüsusi olaraq təriflədi.


http://www.youtube.com/embed/GMuU-EwcIzs