Accessibility links

Paul Ryan: Biz çətin məsələlərdən yayınmayacağıq, rəhbərlik edəcəyik!


Respublikaçı vitse-prezidentliyə namizəd Paul Ryan seçicilərə o, və tərəfdaşı Mitt Romni noyabr seçkilərində qələbə çaldıqları təqdirdə iqtisadiyyata gəlincə “bəhanələrə və boş sözlərə” son qoyacağını vəd edib.

Ryan çərşənbə gecəsi Floridanın Tampa şəhərində Respublikaçıların milli qurultayında kəskin ifadələrlə dolu nitq söyləyib. O, prezident Barak Obamanı və onun Demokrat tərəfdarlarını son dörd ildə problemin günahını başqalarının boynuna yıxmaqda və heç nəyi həll etməməkdə günahlandırıb.

"Bizim vədimiz budur: Biz çətin məsələlərdən yayınmayacağıq, rəhbərlik edəcəyik. Biz növbəti dörd ildə başqalarını günahlandırmayacağıq, biz cavabdehliyi öz üzərimizə götürəcəyik. Biz təməl prinsiplərimizi əvəzləməyəcəyik, onları həyata keçirəcəyik."

Viskonsin ştatından olan 42 yaşlı hüquqşünas Medicare kimi sosial proqramlarda sərt ixtisarlar nəzərdə tutan təkliflərlə çıxış etməsinə baxmayaraq mühafizəkarlar arasında xeyli populyardır.

Respublikaçıların dörd günlük qurultayı bu axşam Mitt Romninin rəsmi nominasiyanı qəbul etmə nitqi ilə başa çatacaq.
XS
SM
MD
LG