Misir rəsmiləri deyir ki, Misirdə Parlament seçkilərinin birinci raundunun nəticələri bu gün beynəlxalq saatla 18:00-da (Bakı vaxtılə 21:00) açıqlanacaq. Nəticələrin açıqlanması bununlar artıq ikinci dəfədir ki, gecikir.
Bu həftənin bazar ertəsi və çərşənbə axşamı paytaxt Qahirə, İskəndəriyyə və 7 vilayəti keçirilən Ilk olaraq çərşənbə günü açıqlanacağı bildirilmişdi. Ancaq seçki rəsmiləri səslərin hesablanması üçün əlavə vaxta ehtiyac olduğunu bildirmişdi.
Müşahidəçilər deyir ki, prezident Hüsnü Mübarək fevral ayında istefa verəndən sonra Misirin ilk seçkiləri qarşıdurmasız keçib. Buna baxmayaraq seçkilərdən öncə təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş verən iğtişaşlarda ən azı 42 insan həlak olub, 3000-dən çox insan isə yaralanıb.
Bu gün nümayişçilər hərbi hakimiyyətə son qoyulması çağırışları ilə yenidən Təhrir meydanına axışıb. Onlar ölənlərin dəfn mərasimini simvolikləşdirmək üçün özləri ilə tabutlar gətiriblər.