Misirin nüfuzlu Müsəlman Qardaşları bildirir ki, parlament seçkilərinin ilkin mərhələsində onların bloku öndədir.
Blok ölkənin hərbi generallarını çətin vəziyyətə salaraq iddia edir ki, səsvermədə seçicilərin iştirakının yüksək olması xalqın mülki hakimiyyət tələb etməsini göstərir.
Qardaşların Azadlıq və Ədalət Partiyası bildirir ki, ilkin nəticələr koalisiyanın öndə olduğunu göstərir.
Partiya ikinci yerdə ultra-mühafizəkar Sələfi Əl-Nur Partiyasının, üçüncü yerdə isə liberal Misir blokunun gəldiyini iddia edir.
Medianın məlumatına görə, Azadlıq və Ədalət – mötədil islamçı partiya indiyədək səslərin 40 faizindən çoxunu əldə edib. Sərt-xətt tərəfdarı Sələfi qrup isə Misirin ikinci ən böyük şəhəri İskəndəriyyədən çoxsaylı səs əldə edib.
İkinci raund səsvermənin gələn həftə keçiriləcəyi bildirilir.