Misirdə seçkilərin növbəti raundu keçirilir

Misirdə seçkilərin növbəti raundu keçirilir

Misrin 9 vilayətində seçicilər çoxmərhələləri parlament seçkilərinin növbəti raundunda səs verməyə başlayıb.

Səsvermə əsasən ötən həftə tam qalib müəyyən edilməyən ucqar ərazilərdə keçirilir.

Bu arada paytaxt Qahirənin Təhrir meydanında təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında beş gün davam edən qarşıdurmalar nəticəsində ən azı 14 nəfər həlak olub. Nümayişçilər ölkədə hərbi hakimiyyətə son qoyulmağa çağırır.

Hərbi Şura üç aylıq parlament seçki prosesinə nəzarət edir və hakimiyyəti iyulda təhvil verməyə söz verib.