Misirdə gərginliklər artmaqdadır

  • Amerikanın səsi

Misirdə gərginliklər artmaqdadır

Misirdə paytaxt Qahirənin Təhrir meydanına toplaşan insanların ordunun səlahiyyətlərinə etiraz etməsindən bir gün sonra gərginliklər artmaqdadır. Bu gün meydana hücum edən qiyam polisi ilə nümayişçilər arasında qarşıdurma olub. Şahidlər polisin nümayişçiləri döydüyünü və bir neçə nəfəri nəzarət altına aldığını bildirir. Meydanda qurulan çadırlar dağıdılıb. 500-dən artıq adam xəsarət alıb.

Dünən Hərbi hökumətin səlahiyyətlərini artırmasına etiraz edən minlərlə misirli Qahirənin Təhrir meydanında yürüş keçirib. Yürüş Müsəlman Qardaşlığı partiyasının çağırışı ilə təşkil edilib. Etirazçılar və siyasi partiyalar hərbi hökumətdən səlahiyyətlərin mülki hökumətə təhvil verilməsinin vaxtının müəyyən edilməsini tələb edib.