Misirdə casusluq ittihamları ilə həbs olunmuş İsrailli-Amerikalı şəxs İsraillə dustaq mübadiləsində azad olunacaq.
Misir rəsmiləri İlan Qrapeli 25 misirli dustaq əvəzində azadlığa buraxmağa razılıq veriblər. Dustaqlardan üçü azyaşlıdır.
Qrapel Misirə yanvarda daxil olub. İyulda Misir rəsmiləri onu Mossad agenti olmaqda ittiham etmişdilər.
İsrail ittihamları rədd etmiş, və Qrapelin nə ABŞ, nə də İsrail kəşfiyyat orqanları ilə əlaqədar olmadığını bildirmişdir.