İsrail hava qüvvələrinin Qəzza Zolağında İslam Cihadı təşkilatının təlim düşərgəsinə zərbələri nəticəsində beş militant öldürülüb.
İslam Cihadı ölənlər arasında militant qrupun komandirinin olduğunu bildirir.
İsrail hərbçiləri hava zərbələrini təsdiq edərək hədəf alınan militantların İsrailə raket hücumu etməyi planladşrıdqlarını bildirib. İsrail həmin şəxsləri çərşənbə günü İsrailə raket atmaqda günahlandırıb.
Fələstinli həkimlər iki adamın yaralandığını xəbər verirlər.