ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıda danışıqlara başlayıb

ATƏT-bayraq

Həmsədrlərin Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü ilə bağlı danışıqlar apardığı güman edilir
ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Jak For (Fransa) və İqor Popov (Rusiya) noyabrın 3-də Azərbaycana qısamüddətli səfərə gəlib.

Amerikanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, həmsədrlər noyabrın 4-də gün ərzində Azərbaycan dövlət rəsmiləri ilə görüşlər keçirəcək.

Həmsədrlərin Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsini müzakirə etdikləri güman edilir.

Ötən həftə Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar Turana müsahibəsində deyib ki, Amerika münaqişənin həll olunmasına sadiqdir.

“Dövlət katibi Kerri bu məsələ ilə çox yaxından maraqlanır, bu işin həll olunmasını çox istəyir və maraqlıdır. Bizim yeni həmsədrimiz var. Səfir Uorlik bu məsələyə yeni yanaşma gətirir, yeni yanaşma sərgiləyir. Mən bunu ona görə deyirəm ki, cənab Uorlikin Bakıda prezident və xarici işlər naziri ilə iki görüşündə iştirak etmişəm. Düşünürəm ki, o da, biz də Ermənistanda və Azərbaycanda seçkilərin başa çatmasından sonra bir fürsətin yaranmasını görürük. Ümidvarıq ki, bu il ərzində hər iki ölkə prezidentləri arasında görüş baş tutacaq. Biz əlimizdən gələni edəcəyik, Minsk qrupu vasitəsi ilə səylərimizi davam etdirəcəyik və səfir Uorlikin səyləri vasitəsi ilə yeni yaradıcı yanaşmalar vasitəsi ilə ümidvarıq ki, bütün bunların vasitəsi ilə hazırkı ölü nöqtədən,